Xəzər Xəbər

"Nyukasl" "Mançester Yunayted"in 4 məşhur futbolçusunu alır

İdman | 21:15 • 10 Oktyabr 2021
"Nyukasl" "Mançester Yunayted"in 4 məşhur futbolçusunu alır

İngiltərənin "Nyukasl Yunayted" klubu heyətini 4 yeni futbolçuyla gücləndirmək niyyətindədir.

"Mirror" xəbər verir ki, yenicə Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu tərəfindən səhmləri alınan "sağsağanlar" "Mançester Yunayted"in 4 məşhur futbolçusunu transfer etmək üçün hərəkətə keçib.

Belə ki, klub rəhbərliyi "qırmızı şeytanlar"ın formasını geyinən Donni Van de Beek, Antoni Marsyal, Cesse Linqard və Erik Beylini komandada görmək istəyir.

Məhəmməd Bin Salmanın adıçəkilən futbolçuların transferi üçün 300 milyon Britaniya funtu xərcləyəcəyi bildirilir./Offsideplus.az 

Xəbər lenti