Xəzər Xəbər

Türkiyə klubunun nəhəng transfer planı

İdman | 18:43 • 10 Oktyabr 2021
Türkiyə klubunun nəhəng transfer planı

"Beşiktaş" klubu sıralarını yeni futbolçularla gücləndirmək niyyətindədir.

İstanbul nəhəngi Avropa klublarında top qovan 3 oyunçunu rənglərinə bağlamaq istəyir. "Qara qartallar" 2014/2018-ci illər aralığında formasını geyindiyi və hazırda "Everton"dan icarəyə götürdüyü Cenk Tosunu yenidən komandaya cəlb etməyi planlaşdırır.

Bundan əlavə, "Barselona"dan Samuel Umtiti və İtaliya "Sassuolo"sundan Kan Ayhan da "Beşiktaş"ın hədəfindədir.

Hazırda klub rəhbərliyi adıçəkilən oyunçuların keçidini həll etməkçün rəsmi danışıqlar aparır./Offsideplus.az

Xəbər lenti