Xəzər Xəbər

Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 3 ölkə iştirakını təsdiqləyib

İdman | 16:53 • 14 Sentyabr 2021
Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 3 ölkə iştirakını təsdiqləyib

Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Beynəlxalq Cüdo Federasiyasının saytında yer alan xəbərə görə, turnirdə artıq 3 ölkə - Sloveniya, Çexiya və Bolqarıstan iştirakını təsdiqləyib. Belə ki, Sloveniya 13, Çexiya 6, Bolqarıstan 1 cüdoçu ilə təmsil olunacaq.

Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.

Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.

Xəbər lenti