Xəzər Xəbər

Çempionlar Liqası: "Beşiktaş" qrup mərhələsində mübarizəyə başlayır

İdman | 11:17 • 15 Sentyabr 2021
Çempionlar Liqası: "Beşiktaş" qrup mərhələsində mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində l turun digər oyunları keçiriləcək.

XəzərXəbər xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma gerçəkləşəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək. Qrupun digər görüşündə Niderland "Ayaks"ı Portuqaliyada "Sportinq"in qonağı olacaq.

A qrupunda yer alan turnirin son finalçısı "Mançester Siti" İngiltərədə Almaniya "Leyptsiq"ini sınağa çəkəcək. Heyətini Serxio Ramos, Lionel Messi kimi futbolçularla gücləndirən Fransa PSJ-si isə Belçikada "Brügge" ilə üz-üzə gələcək.

B qrupunda İspaniyanın "Atletiko" (Madrid) klubu Portuqaliya "Portu"su, İngiltərə "Liverpul"u isə İtaliya "Milan"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.

Gecənin maraqlı oyunlarından biri D qrupunda olacaq. İspaniya "Real Madrid"i İtaliyada "İnter"lə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur

15 sentyabr

A qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya)

23:00. "Brügge" (Belçika) - PSJ (Fransa)

B qrupu

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya)

23:00. "Liverpul" (İngiltərə) - "Milan" (İtaliya)

C qrupu

20:45. "Beşiktaş" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya)

23:00. "Sportinq" (Portuqaliya) - "Ayaks" (Niderland)

D qrupu

20:45. "Şerif" (Moldova) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya)

Xəbər lenti