Xəzər Xəbər

Türkiyə millisi alman məşqçi ilə ANLAŞDI İDDİA

İdman | 11:30 • 14 Sentyabr 2021
Türkiyə millisi alman məşqçi ilə ANLAŞDI

Ştefan Kuntz Türkiyə milli komandasının yeni baş məşqçisi olacaq.

Bu iddia ilə "Sabah" nəşri çıxış edib. 

Şenol Günəşin istefasından dərhal sonra yeni məşqçi axtarışlarına başlayan Türkiyə Futbol Federasiyası komandanı əcnəbi məşqçiyə həvalə etmək qərarına gəlib ki, 58 yaşlı məşqçi Ştefan Kuntzla razılıq əldə olunduğu bildirilir. 

Danışıqlara başçılıq edən TFF meneceri Həmit Altıntop alman mütəxəssislə görüşüb. Bütün detallar razılaşdırlıb, sadəcə, son qərarı federasiya prezidenti Nihat Özdemir verəcək. 

Almaniya U-21-ni çalışdıran Ştefan Kuntzun 2016-17 və 2020-21-ci illərdə Avropa çempionatındakı uğurları ilə yanaşı, saysız-hesabsız ulduzların hazırlanmasında da payı var. O, Türkiyə futboluna da yad sima deyil. Belə ki, Kuntz 1995-96 mövsümündə "Beşiktaş" da çıxış edib və 34 oyunda 11 qol vurub. 

Qeyd edək ki, DÇ-2022 yolunda ən kritik oyunlarını keçirəcək Türkiyə oktyabrın 8 -də Norveçlə, oktyabrın 11-də isə Latviya ilə qarşılaşacaq./fanat.az

Xəbər lenti