Xəzər Xəbər

Bu gün Azərbaycan Premyer Liqasının III turuna start verilir

İdman | 09:03 • 11 Sentyabr 2021
Bu gün Azərbaycan Premyer Liqasının III turuna start verilir

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Xezerxeber.az xəbər verir ki, turun oyunları iki gün ərzində keçiriləcək.

Turun saat 18:00-da başlayacaq birinci görüşündə “Sabah” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. Üçüncü turun birinci gününə saat 20:15-də oynanılacaq “Keşlə” – “Zirə” matçı ilə yekun vurulacaq. Qarşılaşma “ASCO Arena”da keçiriləcək.

Turun sentyabrı 12-də keçiriləcək digər oyunlarında “Səbail” klubu “Sumqayıtı”, “Neftçi” isə “Qarabağ”ı qəbul edəcək.

Bütün görüşlər “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

Xəbər lenti