Xəzər Xəbər

“Qəbələ” səfərdə “Sabah”ı məğlub edib

İdman | 20:38 • 11 Sentyabr 2021
“Qəbələ” səfərdə “Sabah”ı məğlub edib

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasının III turuna start verilib.

Xezerxeber.az xəbər verir ki, turun açılış görüşündə “Sabah” və “Qəbələ” komandaları aralarında baş tutub.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qırmızı-qaralar"ın heyətində qolları 53-cü dəqiqədə Yaovi Akakpo, qarşılaşmanın əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə Ülvi İsgəndərov vurublar.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Qəbələ" liderliyə yüksəlib. Üç turdan sonra xalı olmayan "Sabah" isə sonuncudur. Paytaxt təmsilçisi cari mövsümdə qol da vura bilməyib.

Qeyd edək ki, günün digər oyununda "Keşlə" və "Zirə" komandaları üz-üzə gələcəklər. Tura sentyabrın 12-də oynanılacaq "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Xəbər lenti