Xəzər Xəbər

"Bavariya"dan "Real" və "Çelsi"yə Levandovski cavabı

İdman | 16:37 • 29 İyul 2021
"Bavariya"dan "Real" və "Çelsi"yə Levandovski cavabı

Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski ilə bağlı transfer iddiaları davam edir.

Adı "Real" və "Çeli" ilə hallanan polşalı qolçunun gələcək karyerası maraqla gözlənilir. Bundesliqa təmsilçisindən 33 yaşlı futbolçu ilə bağlı açıqlama gəlib. Münhen klubunun prezidenti Hertbert Hayner təcrübəli forvardla bağlı "Robert Levandovski 100 faiz komandada qalacaq" ifadələrini işlədib.

Qeyd edək ki, Levandovski "Bavariya"ya 2-14-cü ildə Dortmund "Borussiya"sından transfer olunub. O, münhenlilərin heyətində meydana çıxdığı 219 qarşılaşmada 203 qol vurub.

Xəbər lenti

Çox oxunanlar