Xəzər Xəbər

"Tottenhem" Keynin əvəzləyicisini tapdı

İdman | 16:59 • 29 İyul 2021
"Tottenhem" Keynin əvəzləyicisini tapdı

"Tottenhem" futbolçusu Harri Keynin əvəzləyicisini tapıb.
 
"The Telegraph" xəbər verir ki, ingilis hücumçu klubdan ayrılacağı təqdirdə, London təmsilçisi "Fiorentina"nın oyunçusu Duşan Vlahoviçi transfer etməyə çalışacaq.

İtaliya klubunun 21 yaşlı hücumçusunu 58 milyon avroya  satmağa hazır olduğu vurğulanıb.
 
Qeyd edək ki, D.Vlahoviç ötən mövsüm A seriyasında 37 matçda 21 qol vurub.

Xəbər lenti