Xəzər Xəbər

"Yuventus" Merih Demiralı hansı kluba satacaq? - MƏBLƏĞ

İdman | 13:05 • 26 İyul 2021
"Yuventus" Merih Demiralı hansı kluba satacaq? - MƏBLƏĞ

"Yuventus"un müdafiəçisi Merih Deçiral karyerasını Dortmund "Borussiya"sında davam etdirə bilər.

XəzərXəbər xəbər verir ki, informasiyanı italiyalı insayder Fabritsio Romano şəxsi "Twitter" hesabından yayıb.

O, Budesliqa klubunun Turin təmsilçisinə yaxın günlərdə rəsmi müraciət ünvanlamağa hazırlaşdığını bildirib.

Mənbə "Yuventus"un bir sıra klubların transfer siyahısında olan Merihə 35 milyon avro qiymət qoyduğunu, onun agenti ilə "Tottenhem" və "Atalanta"nın nümayəndələrinin də danışıq apardığını vurğulayıb.

Qeyd edək ki, Türkiyə millisinin mərkəz müdafiəçisi "Yuventus"a 2019-cu ildə "Alanyaspor"dan transfer olunub. Son mövsümdə A Seriyasında 24 matça çıxan Demiral 1 məhsuldar ötürmə ilə də yadda qalıb. //Fanat.az

Xəbər lenti