Xəzər Xəbər

"Barselona" müdafiəçisindən necə qurtulacaq?

İdman | 14:35 • 19 İyul 2021
"Barselona" müdafiəçisindən necə qurtulacaq?

"Barselona"nın müdafiəçisi Samuel Yumtiti "Lion"a qayıda bilər. 

"Sport.es" xəbər verir ki, sabiq klubu 27 yaşlı futbolçunu icarəyə götürmək istəyir.

Fransa təmsilçisi kataloniyalılarla danışıqlara başlayıb.

Tərəflər ortaq məxrəcə gəlsə, fransızlar Samuelin maaşının yarısını ödəyəcək. Qalan hissəsini isə icarədə olduğu müddətdə "Barsa" verəcək.

Yumtiti yetirməsi olduğu "Lion"dan 2016-cı ildə transfer olunub. O, geridə qalan mövsümdə İspaniya Primyerasında 13 matça çıxıb.

Qeyd edək ki, daha öncə "Barselona" sözügedən müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verməyi təklif etsə də, futbolçu razılaşmamışdı./Fanat.Az 

Xəbər lenti