Xəzər Xəbər

Türkiyə - İtaliya matçı ilə bağlı gündəm olan tvit, UEFA da biganə qalmadı FOTO

İdman | 13:14 • 12 İyun 2021
Türkiyə - İtaliya matçı ilə bağlı gündəm olan tvit, UEFA da biganə qalmadı

Futbol üzrə Avropa çempionatının açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Qarşılaşmanın ilk yarısında hesab açılmayıb. İtaliya millisi 53-cü dəqiqədə hesabda önə keçib. Növbəti hücumların birində Türkiyə yığmasının futbolçusu Merih Demiral topu öz qapısına göndərib. 66-cı dəqiqədə Çiro İmmobile, 79-cu dəqiqədə isə Lorentso İnsinye fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Maçdan sonra sosial şəbəkələrdə italiyalı gəncin paylaşımı gündəm olub. "Twitter"də @VaneJuice adlı istifadəçi ötən gün saat 13:30-da oyunun hesabı və qolların müəllifi ilə bağlı proqnozunu paylaşıb. 23:00-da start götürən matçda həm hesab, həm də qolların müəllifləri eyni olub.

 

Paylaşım qısa müddətdə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılmağa başlayıb. Turnirin rəsmi hesabı sözügedən paylaşımı  "retweet" edərək "əhsən" notu ilə paylaşıb.


Sfera.az 

Xəbər lenti