Xəzər Xəbər

“Fənərbaxça” isveçrəli məşqçiyə təklif göndərdi

İdman | 13:38 • 12 İyun 2021
“Fənərbaxça” isveçrəli məşqçiyə təklif göndərdi

“Fənərbaxça” klubu baş məşqçi axtarışlarını davam etdirir.

Türkiyə klubunun bu posta ilk namizədi Lusyen Favredir.

Son klubu Dortmund “Borussiya”sı olan 63 yaşlı mütəxəssislə danışıqlara start verilib. “Sarı-lacivərdlilər” isveçrəli çalışdırıcıya 2 illik müqavilə təklif edib. Favre yaxın günlərdə qarşı tərəfə cavabını bildirəcək.

Qeyd edək ki, “Fənərbaxça” ötən mövsüm 82 xalla Super Liqada 3-cü yeri tutub./Apasport.az 

Xəbər lenti