Xəzər Xəbər

"Mançester Siti" Fernandinyonun əvəzinə bu futbolçunu alır

İdman | 15:54 • 6 May 2021
"Mançester Siti" Fernandinyonun əvəzinə bu futbolçunu alır
"Mançester Siti" "Vest Hem"ın futbolçusu Deklan Raysı heyətinə qata bilər. 
 
Bu haqda "The Times" yazıb. "Şəhərlilər"ın bu addımı atmasına səbəb Fernandinyonun klubda qalmasının sual altında olmasıdır. 
 
Braziliyalı yarımmüdafiəçinin yay transfer pəncərəsi dönəmində klubdan ayrılma ehtimalı var. Fernandinyonun gedişinin ardından isə baş məşqçisi Pep Qvardiola da yarımmüdafiəni gücləndirməyə çalışacaq. Bunu nəzərə alan klub rəhbərliyi Fernandinyonun gedəcəyi halda Deklan Raysı transfer etməyi hədəfə alıb. 
 
36 yaşlı "sambaçı"nın "Mançester Siti" ilə müqaviləsi bu ilin yayında başa çatır. /Sport7.az

Xəbər lenti