Xəzər Xəbər

“Kral Klubu” Eden Azarı satışa çıxaracaq

İdman | 15:43 • 6 May 2021
“Kral Klubu” Eden Azarı satışa çıxaracaq

Madridin “Real” klubu belçikalı yarımmüdafiəçi Eden Azarı satışa çıxarmağa hazırlaşır.

Bu barədə “El Chiringuito TV”nin efirində tanınmış idman jurnalist Xosep Pedrerol məlumat verib.

Jurnalist bildirib ki, E.Azar “Real”da toxunulmaz futbolçu hesab edilmir.

“İndi onu satmaq lazımdır. Onu statistikalara əhəmiyyət verməyən, sadəcə futbol oynamağı sevən bir kluba buraxmaq lazımdır. Azarı satmaq çətin olacaq”, - deyə X. Pedrerol vurğulayıb.

Qeyd edək ki, “Kral Klubu”nun rəhbərliyi E.Azarın Çempionlar Liqasının yarımfinal mərhələsinin “Çelsi” ilə cavab oyunundan sonrakı hərəkətlərindən narazı qalıb.

O, məğlubiyyətdən sonra vaxtilə şərəfini qoruduğu London təmsilçisinin üzvləri ilə deyib gülərək zarafatlaşıb. Bu isə xüsusən, azarkeşlər tərəfindən hiddətlə qarşılanıb.

Xəbər lenti