Xəzər Xəbər

Zinəddin Zidan "Real Madrid"dən gedəcək

İdman | 09:51 • 7 May 2021
Zinəddin Zidan "Real Madrid"dən gedəcək

İspaniyanın “Real Madrid” futbol klubunun oyunçuları hesab edirlər ki, baş məşqçi Zinəddin Zidan bu yay komandanı tərk edəcək.

Bu barədə mənbəyə istinadən “Goal” bildirib.

Klubda güman edirlər ki, o, gərgin iş qrafikindən və jurnalistlər tərəfindən tənqidlərdən yorulub. Oyunçulardan bəziləri komandanın 48 yaşlı rəhbərinin peşəkar baxışlarını bölüşmürlər.

Onların bir çoxu "Real Madrid"dəki rollarından narazıdır. Bundan başqa, koronavirusun yayılmasına görə sanitar tədbirlər səbəbindən məşq prosesinə məsafədən rəhbərlik etməsi Zidanın özünü bezdirib.

Mənbə qeyd edib ki, Zidan klubla müqavilənin müddətinin başa çatmasından bir il əvvəl istefaya gedə bilər.

Madrid klubu Çempionlar Liqasının finalına çıxa bilməyib.

Xəbər lenti