Xəzər Xəbər

"Liverpul" türk futbolçusu barədə qərar verdi

İdman | 13:45 • 8 Aprel 2021
"Liverpul" türk futbolçusu barədə qərar verdi

"Liverpul" Ozan Kabakın komandadakı gələcəyi barədə qərar verib.

İngiltərə mətbuatı xəbər verir ki, "qırmızılar" 21 yaşlı müdafiəçini birbaşa transfer etmək istəyir.

Aprelin 6-da "Real"a uduzduqları oyunda (3:1) meydana çıxan Kabak, məğlubiyyətə rəğmən yaxşı performans sərgiləyib. Belə ki, klub rəhbərliyi mövsümün sonunda icarəyə götürdüyü futbolçunu "Şalke"dən 18 milyon avroya almaq qərarına gəlib.

Qeyd edək ki, Ozan Kabak bu mövsüm "Liverpul"la 9 oyunda iştirak edib./Offsideplus.az 

Xəbər lenti