Bakı 9 ℃
Xəzər Xəbər
USD 1.7

FIFA DÇ-2022-də ofsaydla bağlı yeni sistemdən istifadə edəcək

İdman | 60 | 15:02 • 8 Aprel 2021
FIFA DÇ-2022-də ofsaydla bağlı yeni sistemdən istifadə edəcək
FIFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında ofsaydı avtomatik aşkarlama sistemindən istifadə etməyə hazırlaşır.
 
Bu barədə ali qurumda Futbolun Qlobal İnkişafı Departamentinin rəhbəri Arsen Venger "The Times"a açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, ofsaydın avtomatik təyin edilmə sistemi 2022-ci ilədək hazır olacaq: "Yeni texnologiyanın tətbiq olunmasında israr edirəm, bunun sayəsində ofsayd epizodunun siqnalı dərhal xətt hakiminə çatacaq".
 
Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçirilməlidir. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Çox oxunanlar

Qubadlının Yuxarı Mollu kəndi video
1,013 | 11:28 • 24 Mart 2021