Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

"Barselona" Messini xüsusi hədiyyə ilə mükafatlandırdı

İdman | 55 | 09:22 • 7 Aprel 2021
"Barselona" Messini xüsusi hədiyyə ilə mükafatlandırdı

“Barselona”nın futbolçuları İspaniya Primerasının 29-cu turunun “Valyadoid”lə matçından əvvəl komanda yoldaşları, argentinalı hücumçu Lionel Messiyə klubda matçların rekord sayına görə xatirə hədiyyəsi təqdim ediblər.

Hədiyyə Messinin 2004/2005-ci illər mövsümündə “Barselona”da ilk dəfə çıxış etdiyi futbolka olub. Futbolkanın üzərində klubun tarixində ən görkəmli oyunçuların avtoqrafları toplanıb.

Lionel əvvəlcə komanda yoldaşları, sonra ailəsi ilə birlikdə futbolka ilə şəkil çəkdirib.

Xatırladaq ki, Messi martın 21-də İspaniya Primerasının 28-ci turunun “Real Sosedad”la matçında Xavinin rekordunu (767 matç-red) üstələyib. Argentinalı futbolçu komandada matçların sayı üzrə yeganə lider olub — o, bu günə qədər "Barselona"da 769 oyun keçirib./report

Çox oxunanlar

25 dərəcə isti olacaq
31 | 09:16 • 15 Aprel 2021