Xəzər Xəbər

“Neftçi” klubu “Qəbələ” ilə oyuna ciddi itki ilə çıxacaq

İdman | 15:10 • 6 Aprel 2021
“Neftçi” klubu “Qəbələ” ilə oyuna ciddi itki ilə çıxacaq

Bakının “Neftçi” klubu Azərbaycan Premyer Liqasının 21-ci turunun qarşılaşmasına ciddi itki ilə çıxacaq.

Bakı təmsilçisinin ən məhsuldar futbolçusu (14 qol) Namiq Ələsgərov “Qəbələ” ilə səfər görüşünü kənardan izləyəcək. Buna səbəb millimizin üzvünün sarı vərəqə limitini doldurmasıdır. Qış fasiləsindən sonra “Qəbələ”, “Keşlə” və “Səbail”lə oyunlarda sarı vərəqə alan N.Ələsgərov, "Sumqayıt"la qarşılaşmada da eyni rəngli kart görüncə, cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qəbələ”-“Neftçi” oyunu aprelin 10-da Qəbələdə keçiriləcək.

Xəbər lenti