Xəzər Xəbər

Pulunu veririk, təki çıx get

İdman | 17:15 • 4 Aprel 2021
Pulunu veririk, təki çıx get

De Xea İngiltərə Premyer Liqasının ən bahalı oyunçusudur. O, həftədə 350 min funt-sterlinq qazanır. Onun komandadan getməsi üçün "MY" kompensasiya ödəməyə də razıdır.

"Mançester Yunayted" futbol klubu mövsüm bitən kimi ispan əsilli qapıçısı David de Xea ilə sağollaşmaq fikrindədir.

Bu barədə The Mirror yazır.

Məlumata görə, komandanın baş məşqçisi Ule Qunnar Sulşer ingilis qapıçı Din Hendersonun işindən razıdır və onu komandanın bir nömrəli oyunçusu etmək fikrindədir. 

De Xea İngiltərə Premyer Liqasının ən bahalı oyunçusudur. O, həftədə 350 min funt-sterlinq qazanır. "Qırmızı şeytanlar" onun satışından 50 milyon funt gəlir əldə etmək niyyətindədirlər. Onun komandadan getməsi üçün "MY" kompensasiya ödəməyə də razıdır. 30 yaşlı qapıçının "Mançester"lə müqaviləsi 2023-cü ilin yayında bitir. 

Hazırkı mövsümdə David bütün turnirlərdə 29 oyuna çıxıb. Qapısından 37 top buraxan qolkiper 10 matçda onu txunulmaz saxlayıb.

Xəbər lenti