Xəzər Xəbər

Fatih Terim "Qalatasaray"dan ayrılır İDDİA

İdman | 18:00 • 4 Aprel 2021
Fatih Terim "Qalatasaray"dan ayrılır
Fatih Terim "Qalatasaray"dan ayrılır.
 
Bu iddia ilə tanınmış futbol şərhçisi Erman Toroğlu çıxış edib.
 
Ötən gün "Qalatasaray" səfərdə "Hatayspor"a 0:3 hesabı ilə məğlub olub. Bununla da komanda son 5 həftədə 11 xal itirib. Fatih Terim cəza səbəbindən texniki zonada olmayıb. "İmerator"un son 10 ildə cəza səbəbindən komandanı yalnız buraxdığı matçlarda "Qalatasaray" 39 xal itirib.
 
Bu məqama diqqət çəkən Erman Toroğlu "Fatih Terim hardadı? Artıq gələn mövsüm "Qalatasaray"a zərər verərəm, yoxsa xeyir" deyə düşünməlidi" deyib.
 
Eskpert iddia edib ki, "Qalatasaray" Fatih Terimlə yollarını ayırmağa hazıraşır. /Fanat.Az 

Xəbər lenti