Xəzər Xəbər

Azərbaycan-Qətər oyunu millimizin məğlubiyyəti ilə başa çatıb

İdman | 09:25 • 28 Mart 2021
Azərbaycan-Qətər oyunu millimizin məğlubiyyəti ilə başa çatıb

Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Azərbaycan-Qətər oyunu keçirilib. 

Xezerxeber.az xəbər verir ki, görüş Qətər millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin yeganə qolunu oyunun 16-cı dəqiqəsində Ramil Şeydayev vurub. O, hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Xəbər lenti