Bakı 19 ℃
Xəzər Xəbər
USD 1.7

Əlcəzairli bombardir Levandovski və Messini geridə qoydu

2021-ci ilin ən məhsuldar futbolçularının siyahısı açıqlanıb.
İdman | 229 | 14:18 • 2 Mart 2021
Əlcəzairli bombardir Levandovski və Messini geridə qoydu

2021-ci ilin ən məhsuldar futbolçularının siyahısı açıqlanıb.

XəzərXəbər apasport.az-a istinadla bildirir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ilk iki ayında ən çox qol vuranları müəyyənləşdirib.

Cədvələ 9 və daha çox qol vuran 34 futbolçu daxil edilib. Planetin ən yaxşı bombardiri Bağdad Bunedjadır. Qətərin "Əl-Sədd" klubunda çıxış edən əlcəzairli forvard artıq 15 dəfə fərqlənib.

İkinci sırada Robert Levandovskidir. Almaniya "Bavariya"sının polşalı ulduzunun hesabında 14 qol var.

İlk "üçlüy"ü Lionel Messi qapayır. İspaniya "Barselona"sının argentinalısı da eyni sayda qol vursa da, əlavə göstəricilərdə geri qalır.

Daha bir futbolçunun aktivində 14 qol var. Niderland "Venlo"sunun yunanıstanlı oyunçusu Georgios Giakumaki 4-cü sırada yer alıb.

Azərbaycan təmsilçisinin olmadığı siyahıda qardaş Türkiyənin Super Liqasında çıxış edən futbolçu düşüb. Bu, "Hatayspor"un qabonlu legioneri Aron Bupendzadır. 11 qol vuran afrikalı 8-ci sıradadır.

Çox oxunanlar

Bu gün hava necə olacaq?
84 | 09:06 • 20 Aprel 2021
Bir həftə iş olmayacaq
302 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,043 | 11:28 • 24 Mart 2021