Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Raiola üçün "Milan"dan bunu tələb edir

Bu barədə məşhur idman jurnalisti Nikolo Şkira məlumat yayıb.
İdman | 192 | 13:58 • 2 Mart 2021
Raiola üçün "Milan"dan bunu tələb edir

"Milan"ın qapıçısı Canluici Donnarummanın meneceri Mino Raiola oyunçunun klubla müqaviləni yeniləməsi üçün şərtlər irəli sürüb.

XəzərXəbər qol.az-a istinadən xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Nikolo Şkira məlumat yayıb.

A seriyası təmsilçisi 22 yaşlı qolkiper ilə sözləşmənin müddətini uzatmağın üzərində işləyir. Mino Raiola isə qapıçı üçün "Milan"dan illik 10 milyon avro maaş tələb edir. Həmçinin oyunçu klubla qısa müddətli bir müqavilə imzalamaq istəyir.

Daha əvvəl "Milan"ın texniki direktoru Paolo Maldini qapıçıya ildə 7,5 milyon avro maaş olmaqla, 5 illik müqavilə təklif etmişdi.

Qeyd edək ki, Donnarumma bu mövsüm 23 matça çıxıb. O, bu görüşlərin 7-də qapısını toxunulmaz saxlayıb.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021