Xəzər Xəbər

“Formula-1”in təqvimində dəyişikliklər edildi: Bakıdakı yarış nə vaxtdır?

İdman | 19:48 • 12 Yanvar 2021
“Formula-1”in təqvimində dəyişikliklər edildi:

"Formula-1” üzrə dünya çempionatının yeni mövsümünün təqvimi açıqlanıb.


XəzərXəbər turnirin saytına istinadən xəbər verir ki, təqvimdə ilk açıqlanandan fərqli, bir sıra dəyişikliklər olub. Mövsümdə rekord sayda – 23 yarışın olması yenə gündəmdədir.


Sadəcə, "Formula-1”ə əvvəl nəzərdə tutulduğundan bir həftə gec start veriləcək. İlk yarış martın 28-də Bəhreyndə olacaq. Əvvəl olmalı olan Avstraliya Qran Prisi isə ilin sonunda baş tutacaq.


Çin Qran Prisi səyahət məhdudiyyətləri səbəbindən planlandığı tarixdə keçirilməyəcək. Onun əvəzinə aprelin 18-də İtaliyanın İmola şəhərində yarış təşkil olunacaq. Çindəki yarış isə mövsümün sonunda ola bilər.


Mayın 2-də keçirilməli olan yarışın təşkilatçısı isə daha sonra bilinəcək. Qeyd edək ki, Azərbaycan Qran Prisi əvvəlki vaxtda – iyunun 6-da baş tutacaq.


"Formula-1”in 2021-ci il təqvimi


28 mart – Bəhreyn (Saxir)


18 aprel – İtaliya (İmola)


2 may – bilinmir


9 may – İspaniya (Barselona)


23 may – Monako (Monako)


6 iyun – Azərbaycan (Bakı)


13 iyun – Kanada (Monreal)


27 iyun – Fransa (Le Kastele)


4 iyul – Avstriya (Şpilberq)


18 iyul – Böyük Britaniya (Silverstoun)


1 avqust – Macarıstan (Budapeşt)


29 avqust – Belçika (Spa)


5 sentyabr – Niderland (Zandfoort)


12 sentyabr – İtaliya (Montsa)


26 sentyabr – Rusiya (Soçi)


3 oktyabr – Sinqapur (Sinqapur)


10 oktyabr – Yaponiya (Suzuka)


24 oktyabr – ABŞ (Austin)


31 oktyabr – Meksika (Mexiko)


7 noyabr – Braziliya (San Paulu)


21 noyabr – Avstraliya (Melburn)


5 dekabr – Səudiyyə Ərəbistanı (Ciddə)


12 dekabr – BƏƏ (Əbu Dabi/Yas adası)

Xəbər lenti

Çox oxunanlar