İtaliya millisinin keçmiş üzvü Mario Balotellinin yeni klubunun adına aydınlıq gəlməz üzrədir.
"Breşia”dan ayrıldıqdan sonra klubsuz qalan qalmaqallı hücumçu karyerasını Braziliyada davam etdirəcək. O ölkənin A Seriyasında çıxış edən "Vaqo De Qama” klubu ilə razılıq əldə edib. 30 yaşlı hücumçu yeni klubu ilə 1 illik müqavilə imzalayacaq və 2,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Balottelli karyerası ərzində "İnter”, "Mançester Siti”, "Milan”, "Liverpul” və "Marsel” kimi məşhur klublarda forma geyinib.
Ramil