"Atalanta" PSV-nin hücumçusu Sam Lammersi transfer edib.
Berqamo təmsilçisi 23 yaşlı oyunçu ilə uzun müddətli sözləşmə bağlayıb. A Seriya təmsilçisi bu keçid üçün 9 milyon avro təzminat ödəyib. Daha 2 milyon avro isə bonuslar şəklində ödəniləcək.
Lammers ötən mövsüm keçirdiyi 10 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.