Xəzər Xəbər

Messi "Barselona"nın 3 oyununu buraxa bilər

İdman | 16:55 • 16 Sentyabr 2020
Messi "Barselona"nın 3 oyununu buraxa bilər

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi La Liqada 3 matçı buraxa bilər. 


"Mundo Deportivo" nəşri xəbər verir ki, 33 yaşlı hücumçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələ matçı üçün Argentinaya yollanmağa hazırlaşır. 


Forvard İspaniyadan vətəninə getdikdən sonra koronavirus səbəbindən 14 günlük karantində qalmalıdır. Beləliklə, o, Argentinaya yığmanın oyunlarına 2 həftə qalmış yollanmalı olacaq. 


Qeyd edək ki, Argentina yığması oktyabrın 8-də evdə Ekvador, oktyabrın 13-də səfərdə Boliviya ilə üz-üzə gələcək. "Barselona" La Liqada sentyabrın 17-də "Vilyarreal", sentyabrın 30-da "Selta", oktyabrın 4-də isə "Sevilya" ilə qarşılaşacaq.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024