Bakı 30 ℃
Xəzər Xəbər
USD 1.7

Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu

İdman | 09:49 • 25 May 2020
Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış futbol üzrə İtaliya çempionatı iyunun 13-ü və ya 20-si qaldığı yerdən davam edəcək.


Xezerxeber.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın idman naziri Vinçentso Spadafora deyib.


V.Spadafora bildirib: "Biz A Seriyasının oyunlarının başlaması üçün iki mümkün tarix üzərində işləyirik - 13 cə 20 iyun. Mövsümün başlaması üçün protokol gəldi və o məşqlər üçün razılaşdırılmış protokola çox bənzəyir".


Onun sözlərinə görə, bu barədə qərar mayın 28-i qəbul ediləcək.

Qeyd edək ki, futbol üzrə İtaliya çempionatı martın əvvəli koronavirus pandemiyası səbəbilə dayandırılıb.

Xəbər lenti

Çox oxunanlar