"Atletik"in futbolçusu Aritz Aduriz karyerasını başa vurub.
Bu barədə klubun saytı məlumat yayıb. O, səhhətindəki problemlər səbəbindən bu addımı atıb.
Qeyd edək ki, 39 yaşlı hücumçu Bilbao təmsilçisində 21-ci əsrin ən yaxşı bombardiridir. İspan oyunçu 407 matçda 172 qol vurub.