Xezerxeber.az xəbər verir ki, turun son görüşündə "Çelsi” doğma azarkeşlər önündə "Mançester Yunayted” komandasını qəbul edib.
"Stamford Bric” stadionunda oynanılan görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Mançester təmsilçisinin heyətində Antoni Marsial və Hari Maquayer fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran "Mançester Yunayted” turnir cədvəlində yeddinci yerə yüksəlib. "Çelsi” isə 41 xalla 4-ci yerdə qərarlaşıb.