Xəzər Xəbər

Türkiyə Superliqasının XX turuna yekun vurulub

İdman | 08:31 • 4 Fevral 2020
Türkiyə Superliqasının XX turuna yekun vurulub

Fevralın 3-də Türkiyə Superliqasının XX turunun son qarşılaşmasında "Dənizlispor” doğma meydanda "Göztəpə”ni qəbul edib.


Xezerxeber.az xəbər verir ki, oyuna fəal başlayan qonaq komanda artıq doqquzuncu dəqiqədə hesabı açmağa nail olub. Sərdar Gürlər Sonər Aydoğdunun ötürməsini dəqiq tamamlayıb. Lakin matçın 86-cı dəqiqəsində meydan sahiblərinin hücumçusu Oskar Estupinan vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Beləliklə "Dənizlispor”-"Göztəpə” matçında qalib müəyyənləşməyib -1:1.


Türkiyə çempionatının XX turundan sonra turnir cədvəlində "Sivasspor” klubu 41 xalla vahid liderdir. "Başakşəhər” 39 xalla ikinci "Trabzonspor” isə 38 xalla üçüncüdür.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024