Xəzər Xəbər

"Mançester Siti" müdafiəçisini "Leyptsiq"ə icarəyə verdi

İdman | 14:57 • 1 Fevral 2020
"Mançester Siti" müdafiəçisini "Leyptsiq"ə icarəyə verdi

"Mançester Siti" müdafiəçisi Anxelinonu icarəyə verib.

23 yaşlı futbolçu Almaniyanın "Leyptsiq" klubunakeçib. İspan futbolçu Bundesliq təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

"Mançester Siti" Anxelinonu 2013-cü ildə "Deportivo"dan 4,5 milyon avroya transfer edib. 2018-ci ildə PSV ispaniyalı futbolçunu5,5 milyon avroya transfer etmişdi. Mançesterlilər müqavilənin şərtlərinə uyğun olaraq, futbolçunu ötən yay 12 miliyon avroya geri qaytarmışdı.

Xəbər lenti