İtaliyanın "Fiorentina" klubu yeni transferini açıqlayıb.
Florensiyalılar "Verona"nın yarımmüdafiəçisi Sofyan Amrabatı 20 milyon avroya transfer edib. 23 yaşlı futbolçu iyulda "Fiorentina"ya qoşulacaq.
"Verona" Mərakeş millisinin üzvünü "Brügge"dən 3 milyon avroya transfer etmişdi. Sofyanın böyük qardaşı Nordin Amrabat Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nəsr"də çıxış edir.