Xəzər Xəbər

İş adamı məşhur klubu almaq istəyir: 975 milyona...

İdman | 16:22 • 28 Dekabr 2019
İş adamı məşhur klubu almaq istəyir:

Fransalı iş adamı, "Louis Vuitton” şirkətlər qrupunun prezidenti Bernard Arno "Milan” futbol klubunu almaq üçün yeni təklif irəli sürüb.

Dünyanın ən varlı şəxslərindən olan B.Arno klubu almaq üçün bu dəfə 975 milyon avro təklif edib. Milyarder "Milan”ın hazırkı prezidenti vəzifəsini icra edən Pol Sinqerin cavabını gözləyir.

Klubun hazırkı sahibi ABŞ-ın "Elliott Management” şirkətidir. "Milan”ın əvvəlki sahibi olan çinli iş adamı Li Yonhon kredit borclarını ödəyə bilmədiyi üçün klub "Elliott Management” şirkətinin mülkiyyətinə keçib.

Xəbər lenti

Çox oxunanlar