Futbol üzrə Birinci Divizionda çıxış edən "Turan Tovuz” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Xezerxeber.az xəbər verir ki, 44 yaşlı mütəxəssis İlham Yadullayev ilə mövsümün sonunadək müqavilə imzalanıb.
İ.Yadullayev A kateqoriyalı məşqçi sertifikatına malikdir.
"Turan Tovuz” komandası 15 xalla turnir cədvəlinə liderlik edir.