"Instagram"da ən çox gəlir əldə edən ulduzların siyahısı açıqlanıb.
"The Sun" xəbər verir ki, "Yuventus"unfutbolçusu Kriştianu Ronaldohamıdan çox reklam gəliri götürür. Portuqaliyalı hücumçu ötən ildə reklam postlarından 38,2 milyon funt-sterlinq gəlir qazanıb."Barselona"nın hücumçusu Lionel Messinin qazancı 18,7 milyon funt-sterlinq olub.
Ronaldo postun birini 780 min, Messi isə 518 min funt-sterlinq qarşılığında paylaşır.
Ronaldonun "Instagram"da186 milyon,Messininisə 133 milyon izləyicisi var.
Amerikalı model Kendall Cenner 12,7milyon funt-sterlinq qazanclaüçüncüdür. İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin qazancı 8,6 milyon, amerikalı müğənni Selena Qomes isə 6,4 milyon funt-sterlinq gəli götürüb.