Xəzər Xəbər

“Qalatasaray” komandası Radamel Falkaonun transferi ilə bağlı “Monako” ilə razılığa gəlib

İdman | 12:27 • 1 Sentyabr 2019
“Qalatasaray” komandası Radamel Falkaonun transferi ilə bağlı “Monako” ilə razılığa gəlib

İstanbulun "Qalatasaray” komandası Kolumbiya yığmasının hücumçusu Radamel Falkaonun transferi ilə bağlı Fransanın "Monako" klubu ilə razılığa gəlib.


Xezerxeber.az "TRT Spor"a istinadla xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını "sarı-qırmızılar"ın heyətində davam etdirəcək.


Məlumatda kolumbiyalı futbolçunun sentyabrın 1-də İstanbula gələcəyi və "Qalatasaray"la 3+1 illik müqavilə imzalayacağı bildirilir. İstanbul komandasının oyunçuya görə bu keçid üçün təzminat ödəməyəcəyi də qeyd edilir.


Xatırladaq ki, "Qalatasaray" Fransa komandasının rəhbərliyi ilə Radamel Falkaonun keçidi barədə danışıqları 1,5 aydır davam etdirir.


Qeyd edək ki, kolumbiyalı hücumçu karyerası ərzində Argentinanın "River Pleyt", Portuqaliyanın "Porto", İngiltərənin "Mançester Yunayted" və "Çelsi" komandalarının formasını geyinib. 2013-cü ildə "Atletiko Madrid"dən 45 milyon avro məbləğində "Monako"ya keçən təcrübəli forvard ötən mövsüm meydana çıxdığı 39 oyunda 16 qol vurub. 2007-ci ildən Kolumbiyanın əsas yığmasında oynayan Falkao bu müddətdə 88 matçda 34 qol vurub.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024