Xəzər Xəbər

"Mançester Siti" 35 yaşlı futbolçunu transfer edir

İdman | 16:40 • 21 İyun 2019
"Mançester Siti" 35 yaşlı futbolçunu transfer edir

İngiltərənin "Mançester Siti" klubu sürpriz transferə hazırlaşır.

XəzərXəbər "Marca"ya istinadən xəbər verir ki, "şəhərlilər" İspaniyanın "Eybar" klubunun qapıçısı Asier Riesqo ilə danışıqlar aparır. 35 yaşlı qapıçı Mançester təmsilçisindən aldığı təklifə təəccüblənib.

Komandanın qapıçı məşqçisi Xabier Mankisido Riesqonu baş məşqçi Pep Qvardiolaya israrla məsləhət görüb.

Asier Riesqo 2015-ci ildən "Eybar"da çıxış edir. İspaniyalıqapıçı "Real Sosyedad", "Rekreativo" və "Osasuna" klublarında da oynayıb.

Xəbər lenti

Çox oxunanlar