İngiltərə Peşəkar Futbolçular Assosasiyası ölkədə ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Siyahıda 6 oyunçunun adı yer alıb. Bunlar "Manchester City"dən Serxio Agüero, Bernardo Silva və Rəhim Sterlinq, "Liverpool"dan Vircil van Deyk və Sadio Mane, "Chelsea"dən isə Eden Hazarddır.
Qalibin adı aprelin 28-i Londonda keçiriləcək tədbirdə açıqlanacaq.
Qeyd edək ki, son qalib "Liverpool"un hücumçusu Məhəmməd Salah olub. (Goal.az)