"Barselona” və "Real” argentinalı yarımmüdafiəçi Covani Lo Çelso uğrunda mübarizəyə başlayıb.
"El Desmarque” portalı xəbər verir ki, müqavilə ilə PSJ-yə məxsus olan, icarə əsasında "Betis”də top qovan Lo Çelsonun transfer qiyməti 22 milyon avrodu.
Mənbə PSJ-nin 2016-cı ildə "Rosario Sentral”dan 10 milyon avro qarşılığında transfer etdiyi Covanini İspaniya nəhənglərinə satmağın əleyhinə olmadığını vurğulayıb.
Fanat.Az