Xəzər Xəbər

Zlatan İbrahimoviçin maaşı rekord oldu

İdman | 14:47 • 22 Dekabr 2018
Zlatan İbrahimoviçin maaşı rekord oldu

ABŞ-ın "Los-Anceles Qelaksi” klubu ilə yeni müqaviıə imzalayan Zlatan İbrahimoviç maaşına görə MLS-in rekordçusu ola bilər.


Bu barədə ESPN məlumat yayıb. İddia olunub ki, 37 yaşlı isveçli hücumçunun illik maaşı 7-7.5 milyon dollar olacaq. Bu isə MLS tarixinin ən yüksək məvacibidi.


Hazırda rekordçu Kaka hesab olunur. "Orlando Siti"nin sabiq braziliyalı ulduzu 2017-ci ildə illik 7.17 milyon dollar qazanıb.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar