Xəzər Xəbər

3 Türkiyə klubu "Qarabağ"ın futbolçusuna ELÇİ DÜŞDÜ

İdman | 14:43 • 19 Dekabr 2018
3 Türkiyə klubu "Qarabağ"ın futbolçusuna

"Qarabağ”dan ayrılması gündəmdə olan Con Delarj özünə klub tapıb.

Konqo millisinin üzvü Superliqaya dönməyi qarşısına məqsəd qoyan "Gənclərbirliyi”ndən təklif alıb. Bu, Delarjı rənglərinə bağlamaq istəyən yeganə klub deyil. Ön xətt oyunçusu ilə "Sivasspor” və adı açıqlanmayan daha bir elita təmsilçisi də maraqlanır.

Qeyd edək ki, az şans qazandığı üçün getmək fikrinə düşən afrikalının taleyinə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. Sabahkı kubok matçlarının ardından "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçuyla mövcud durumu şəxsən müzakirə edəcək.

Xəbər lenti