Xəzər Xəbər

"Barselona"nın hədəfindəki 2 hücumçu

İdman | 18:15 • 17 Dekabr 2018
"Barselona"nın hədəfindəki 2 hücumçu

"Barselona" hücum xəttini gücləndirmək üçün axtarışlara başlayıb.


"El Mundo Deportivo" xəbər verir ki, Kataloniya klubu hazırda "Selta"dan Maksi Qomes və "Milan"dan Andre Silvanı diqqətdə saxlayır. "Selta"nın Qomes üçün 50 milyon avro tələb etdiyi deyilir.


Qeyd edək ki, Maksi Qomes 2017ci ildə Uruqvayın "Defensor" klubundan "Selta"ya 4 milyon avroya transfer olunub. Cari mövsümdə 15 rəsmi oyuna çıxan 22 yaşlı hücumçu 8 qol vurub və 4 məhsuldar ötürmə edib.


Andre Silva isə 2017-ci ildə "Portu"dan "Milan"a 38 milyon avroya transfer edilib. Cari mövsümdə icarə əsasında "Sevilya"da çıxış edən 23 yaşlı forvard 22 rəsmi oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024