İngiltərənin "Fulhem" klubunun yeni baş məşqçisi müəyyənləşib.
İstefaya göndərilən Slavişa Yokanoviçi Klaudio Ranyeri əvəzləyib. İtaliyalı mütəxəssis son olaraq "Lester"i çalışdırıb. Klub onun rəhbərliyi altında tarixində ilk dəfə İngilətərə çempionu olub.
Qeyd edək ki, "Fulhem" Premyer Liqada 12 turdan sonra 5 xalla sonuncu pillədə qərarlaşıb.
Fanat.Az