Xəzər Xəbər

Xavi: "Messi 40 yaşına kimi oynaya bilər"

İdman | 16:20 • 1 Noyabr 2018
Xavi: "Messi 40 yaşına kimi oynaya bilər"

"Barselona"nın sabiq futbolçusu Xavi keçmiş komanda yoldaşı Lionel Messi barədə açıqlama verib.

Qətərin "Əl-Sədd" klubunda oynayan 38 yaşlı yarımmüdafiəçi Messinin uzun müddət futbol oynaya biləcəyini deyib: "Messinin 40 yaşına kimi oynayacağını düşünürəm. Bunu edəcək gücə sahibdir. O, bənzərsiz futbolçudur. Yaşlandıqca sürətini, cəldliyini itirirsən, amma ağıl yerində qalır, inkişaf edir".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi 2015-ci ildə klubdan ayrılmışdı.

Xəbər lenti

Çox oxunanlar