Xəzər Xəbər

Çempionlar Liqasında 2017-2018-ci illər mövsümünün ən yaxşıları bəlli oldu

İdman | 22:45 • 30 Avqust 2018
Çempionlar Liqasında 2017-2018-ci illər mövsümünün ən yaxşıları bəlli oldu

UEFA Çempionlar Liqasında 2017-2018 mövsümünün ayrı-ayrı nominasiyalar üzrə qalibləri müəyyənləşib.

Mükafatlandırma mərasimi Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində baş tutub.

Ən yaxşı qapıçı adına İspaniya "Real Madrid"ində çıxış edən Keylor Navas layiq görülüb.

Onun komanda yoldaşları Serxio Ramos ən yaxşı müdafiəçi, Luka Modriç isə ən yaxşı yarımmüdafiəçi seçilib.

"Real Madrid”dən İtaliyanın "Yuventus” komandasına keçən Kriştianu Ronaldu isə ən yaxşı hücumçu nominasiyasında birinci olub (Report).

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024