Xəzər Xəbər

Messi millidə çıxış etməyəcək - Federasiyaya bildirdi

İdman | 15:41 • 15 Avqust 2018
Messi millidə çıxış etməyəcək - Federasiyaya bildirdi

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı karyerasına fasilə vermək niyyətindədir.

Futbolçu Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və müvəqqəti baş məşqçi Lionel Skalonidən ilin sonunadək milli komandaya çağırılmamasını istəyib.

Xəbərdə "İnter”in hücumçusu Mauro İkardinin yenidən yığmaya dəvət alacağı da bildirilib.

Argentina millisi sentyabrın 7-də Qvatemala, sentyabrın 11-də Kolumbiya ilə yoldaşlıq oyunları keçirəcək.

Qeyd edək ki, 2005-ci ildən milliyə dəvət olunan Messi 128 oyunda 65 qol vurub.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024