Xəzər Xəbər

"Vilyarreal" Denis Çerışevi icarəyə verdi

İdman | 10:52 • 15 Avqust 2018
"Vilyarreal" Denis Çerışevi icarəyə verdi

"Vilyarreal" Rusiya millisinin üzvü Denis Çerışevi icarəyə verib.

27 yaşlı yarımmüdafiəçi karyerasını "Valensiya"da davam etdirəcək. "Yarasalar" rusiyalı futbolçunu 1 illik icarəyə götürüb.

Çerışev 2016-cı ildə müqavilə ilə "Real"a məxsus olarkən "Valensiya"da icarədə oynayıb.

Qeyd edək ki, DÇ-2018-də parlaq oyun nümayiş etdirən Çerışev 2016-cl ildən "Vilyarreal"da çıxış edir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024